Uruqvayın keçmiş Prezidenti Tabare Vaskes 80 yaşında vəfat edib.
SİA-nın "TASS" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə keçmiş dövlət başçısının üzvü olduğu "Geniş Cəbhə" siyasi koalisiyası məlumat yayıb.
Onun ölüm səbəbi onkoloji xəstəlik olduğu bildirilir.
Qeyd edək ki, Tabare Vaskes 2005-2010-cu və 2015-2020-ci illər arasında prezident postunu tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB