Rusiyada bir gündə koronavirusa 29 039 yoluxma qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Koronavirus İnfeksiyasının yayılmasına qarşı Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.
Bununla da koronavirusa yoluxanların sayı 2 460 770-ə çatıb.
"Son sutkada Rusiyanın 85 regionunda koronavirus infeksiyasına 29 039, o cümlədən kliniki əlamətləri olmayan 6 065 aktiv yoluxma aşkarlanıb", - məlumatda deyilir.
Qeyd edilir ki, bu, sutkalıq rekord göstəricidir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB