2326 nəfər COVID-19-dan ölüb Ermənistanda

2326 nəfər COVID-19-dan ölüb Ermənistanda
Ermənistanda son sutka ərzində daha 978 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 141 937 nəfərə yüksəlib. Ermənistanda koronavirusdan bir gündə 17 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2326-ya çatıb. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 588 nəfərdir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə