ABŞ-ın Texas ştatında yerləşən neft anbarında partlayış baş verib

ABŞ-ın Texas ştatında yerləşən neft anbarında partlayış baş verib
ABŞ-ın Korpus-Kristi şəhərində (Texas ştatı) "Magellan Midstream Partners" şirkətinin zavodu ərazisində yerləşən neft anbarında partlayış baş verib. SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində zavodun 7 əməkdaşı xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır. Bildirilir ki, partlayışdan sonra meydana gələn yanğın yanğınsöndürənlər tərəfindən tamamilə söndürülüb. Partlayışın səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə