Trampın qərargahı Corciya ştatındakı səslərin hesablanmasının nəticələrinə etiraz edir

ABŞ-ın hazırkı prezidenti Donald Trampın qərargahı Corciya ştatındakı seçkilər zamanı səslərin hesablanmasının nəticələrinə etiraz edərək, məhkəmədə iddia qaldırmaq qərarına gəlib.

SİA xəbər verir ki, bu barədə qərargahın “Twitter”dəki rəsmi səhifəsində məlumat verilib.

“Corciya ştatında seçki nəticələrinin etibarsızlığını ortaya qoyan on minlərlə qanunsuz səs hesablanmaya daxil edilib”, - məlumatda belə deyilir.

“Twitter” sosial şəbəkəsi həmin bu paylaşımı “mübahisəli” kimi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...