Almaniyada aparılan araşdırma nəticəsində vətəndaşların baş nazir Angela Merkelin enerji dəyişmə siyasətlərini inandırıcı hesab etmədikləri ortaya qoyulub. SİA-nın xəbərinə görə, baş nazirin yeni köməkçisi və Azad Demokrat Partiyasının (FDP) lideri Philipp Rösler isə partiyasının səs itkisinə hələlik maneə törədə bilməyib.
Forsa Araşdırma İnstitutunun son anketində təkcə Yaşıllar Partiyasının yüzdə 26%-lik səs verməsi ilə İctimai Demokratların (SPD) əvvəlki yerini qoruması diqqət çəkib. "Stern" jurnalı üçün hazırlanan anketə görə isə vətəndaşların üçdə ikisi (yüzdə 64%) Merkelin nüvə enerjidən çıxış qərarının inandırıcı olmadığı fikrindədir. Xristian Birlik Partiyalarını dəstəkləyən vətəndaşlar arasında bu göstəricinin yüzdə 43% olması diqqət çəkir.
Anketə görə, Xristian Birlik Partiyaları (CDU/CSU) yüzdə 32%-lik nisbətə çataraq səslərini bir bal artırıb. Yaşıllar isə yüzdə 26% səs nisbətini qoruyub. Beləcə bu partiya yüzdə 22% səs SPD-nin əvvəlində yerini qoruyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB