Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötüb

Gürcüstanda son sutkada daha 5 068 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib, 2 336 nəfər sağalıb, 38 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 152 704 yoluxma halı təsdiqlənib. Yoluxanların 126 904-ü sağalıb, 1 425-i isə dünyasını dəyişib. Karantin zonalarında 1 974, stasionar nəzarətdə 6 561 nəfər var. 3 867 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə