Moskva şəhərində sərxoş sürücü idarəetməni itirərək kilsənin ərazisinə daxil olub

Rusiyanın paytaxtı Moskva şəhərində sərxoş sürücü “Opel” markalı avtomobilin idarəetməsini itirərək “Malıy Predteçenski Zolağı”nda yerləşən kilsənin ərazisinə daxil olub.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya DİN məlumat yayıb.

Hadisə zamanı itkinin olmadığı bildirilib. Polis əməkdaşları dərhal əraziyə cəlb ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə