Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində 187 nəfər ölüb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 187 nəfər ölüb. SİA xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir qeyd edib ki, son 24 saatda 187 518 nəfər koronavirus testindən keçib, 6511 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 381 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb. Ağır xəstələr ötən günlə müqayisədə 104 nəfər artaraq 5811 olub. Qeyd edək ki, Türkiyədə indiyədək 520 167 nəfər COVID-19-a yoluxub, onlardan 14 316 nəfəri ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə