Rusiya prezidenti Dmitri Medvedev bu gün jurnalistlər üçün mətbuat konfransı keçirir. SİA-nın xəbərinə görə, 800-dən çox yerli və xarici jurnalistlərin iştirak etdiyi mətbuat konfransı Dmitri Medvedevin prezidentliyi ərzində ən genişi hesab olunur. Birbaşa yayımlanan konfrans əvvəlkilərdən fərqlənir. Belə ki, bu dəfə prezident jurnalistlərlə görüşü Administrasiyanın köməyi olmadan özü həyata keçirir.
Mətbuat konfransının 1 saat yarıma qədər davam etməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB