ABŞ-da son sutka ərzində 2,7 mindən çox insan COVID-19-un qurbanı olub

ABŞ-da son sutka ərzində 2,7 mindən çox insan COVID-19 infeksiyasından ölüb ki, bu da aprel ayından bəri ən yüksək göstərici hesab olunur.

SİA xəbər verir ki, bu barədə məlumatı “Tracking Project” portalı yayıb.

Məlumata görə, 2 dekabrda ölkədə koronavirusdan 2733 ölüm faktı qeydə alınıb, 1 dekabrda isə bu rəqəm 2474 pıub.

ABŞ-da bütün pandemiya dövrü ərzində ölüm hallarının sayı 272 mini keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...