Böyük Britaniyada ötən sutka ərzində COVİD-19-a 16 mindən çox yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 16 170 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 659 256 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan daha 648 nəfər ölüb, ölənlərin sayı 59 699 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə