Pakistan hökuməti ilə ABŞ arasında vəziyyət gərginləşə bilər

Pakistan hökuməti ilə ABŞ arasında vəziyyət gərginləşə bilər

Əfqanıstanın yüksək vəzifəli təhlükəsizlik əməkdaşlarından biri bəyan edib ki, Pakistanın İdarələrarası Kəşfiyyat nümayəndələri "Taliban" lideri Molla Ömərə ölkəni tez bir zamanda tərk etməyi təklif edib. SİA-nın \"Fars\" agentliyinə istinadən verdiyi məlumata görə, adının çəkilməsini istəməyən Əfqanıstanın təhlükəsizlik əməkdaşı "TeleNews" telekanalının canlı yayımında bəyan edib ki, bu xahiş Molla Məhəmməd Ömərə Pakistanın İdarələrarası Kəşfiyyatının keçmiş rəhbəri general Həmid Gül vasitəsilə çatdırılıb.

O həmçinin vurğulayıb ki, Usamə bin Ladenin qətlə yetirilməsindən sonra Pakistan hökuməti ABŞ-ın sərt təzyiqi altındadır. Əfqanıstanın təhlükəsizlik əməkdaşı həmçinin Amerikanın nüfuzlu senatoru Con Kerrinin bu yaxınlarda Əfqanıstana etdiyi səfərini xatırladıb. Səfər zamanı amerikalı senator bu ölkənin prezidenti, baş naziri və ali baş komandanı ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə