Rusiyada COVID-19-dan ölənlərin sayı 41 mini ötdü

Rusiyada son bir gündə daha 25 345 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 247 401 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 589 nəfər artaraq 41 053-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 830 349 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə