Qonşu ölkədə koronavirusa yoluxanların sayı 4 033 nəfər artıb

Gürcüstanda son sutkada daha 4 033 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 4 061 nəfər sağalaraq evə buraxılıb, 39 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 143 376 yoluxma halı təsdiqlənib. Yoluxanların 121 621-i sağalıb, 1 342-si isə ölüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...