İranlı nüvə fiziki niyə öldürüldü? – ŞOK SƏBƏB

Möhsün Fəxrizadə həm də dron əleyhinə proqramı idarə edirdi

İranlı nüvə fiziki Möhsün Fəxrizadənin öldürülməsi Yaxın Şərqdə yeni hərbi qarşıdurmaya bəhanə ola bilər. Hücuma görə məsuliyyəti heç bir ölkə öz üzərinə götürməyib. Bununla birlikdə, İrandakı bəzi yüksək vəzifəli şəxslər hücumun arxasında İsrail və ABŞ-ın dayandığını düşündüklərini söyləyiblər. Tehran, aparıcı alimin qətlinə mövcud bütün tədbirlərdən istifadə edərək cavab verəcəyinə söz verdi. "Moskovskoe Komsomolets" qəzeti hərbi ekspertin hadisənin səbəbləri ilə bağlı rəyini dərc edib.

Möhsün Fəxrizadə dron əleyhinə proqramı idarə edirdi

Hərbi nüvə proqramının inkişaf etdirilməsindən məsul olan aparıcı İran alimi naməlum şəxslər tərəfindən öldürüldü. İran Müdafiə Nazirliyinin verdiyi məlumata görə, "silahlı terrorçuların" hücumuna məruz qalan avtomobildə Möhsün Fəxrizadə olub. Fəxrizadənin mühafizəçiləri ilə terrorçular arasında baş verən atışmada alim ölümcül yaralanıb.

Cinayət İranda hiddətə səbəb oldu. ABŞ mümkün cavab zərbəsindən narahatdır. Tehran son bir neçə il ərzində İran alimlərini "ovlayan" İsrail xüsusi xidmət orqanlarının qətldə iştirak etdiyindən şübhələnir.

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif "Twitter"də “Terrorçular görkəmli bir İran alimini öldürdülər. "İsrailin rolunu göstərən bu qorxaqlıq, cinayətkarların çıxılmaz döyüşünü göstərir"- yazdı.

İranlı fizikin öldürülməsi, İran və İsrail arasında açıq hərbi qarşıdurmanın müqəddiməsinə çevrilə bilər. Xüsusi əməliyyatlar üzrə hərbi ekspert Aleksey Valyujeniçin "MK" ilə söhbətində qeyd etdiyi kimi, Möhsün Fəxrizadəyə qarşı sui-qəsd özü hibrid müharibələr tarixində yeni bir səhifə açır: “Qəribədir ki, demək olar ki, heç kim hücumun təfərrüatlarına əhəmiyyət vermədi. İran mediası hücuma silahlı şəxslərin cəlb edilmədiyini bildirdi. Alim uzaqdan idarə olunan kiçik avtomatik silahlardan atəşə tutuldu. Mühafizəçilər əslində nə baş verdiyini başa düşməyə vaxt tapmadılar, çünki yaxında təcavüzkar yox idi. Beləliklə, bu cür hücum bir ilk idi. Əlbəttə ki, burada pis bir istehza yatır.

- Hansı, tam olaraq?

- Kütləvi informasiya vasitələrinin hesabatlarından və rəsmi şəxslərin açıqlamalarından da göründüyü kimi, Fəxrizadə yalnız nüvə layihəsinə rəhbərlik etməyib. Əslində, layihə çoxdan başa çatıb və bir alimin öldürülməsi heç bir şey gətirməzdi. Şayiələrə görə, fizik düşmən pilotsuz təyyarələri ilə mübarizə proqramına nəzarət edib. Bugünki qarşıdurmada bunun mənası nədir? Qarabağa baxa bilərsən və hər şeyi başa düşəcəksən.

İranın pilotsuz uçan aparatlara qarşı proqramı ən azı Orta Şərq bölgəsindəki ən inkişaf etmiş proqramdır. Onların əlində ələ keçirilmiş onlarla ABŞ və İsrail pilotsuz təyyarəsi nümunəsi var. Kubokları əsas götürərək öz modellərini yaradırlar və “açıq səma” proqramı onlar üçün çox vacibdir.

- Yəni, sizin fikrinizcə, hücum hazırlayan İran deyil, əksinə?

- Daha çox buna bənzəyir. Rəqibinizi məhv etmək istəyirsinizsə- müdafiəsini ləğv edin. Mənə elə gəlir ki, İran cavab versə, birbaşa olmayacaq. Məsələn, qisas üçün hədəflər ABŞ-ın İraqdakı hərbi təsisləri və ya Bağdaddakı ABŞ səfirliyi ola bilər. Bəlkə də Amerika və ya İsrail hərbi səlahiyyətlilərindən birinə qarşı təxribata gedə bilərlər. Xatırlayırsınızsa, Qasım Süleymaninin sui-qəsdindən sonra bir təyyarə göyərtəsindəki bir qrup yüksək səviyyəli CIA agenti ilə Əfqanıstanda qəzaya uğradı. İran hərtərəfli intiqam almaq istəyirsə, ehtimal olunan hücum üçün hədəflərinin siyahısı: ABŞ-ın İraqdakı və ya Suriyadakı bazaları, İsrailin şimalındakı hərbi obyektlər və ya Səudiyyə Ərəbistanının neft infrastrukturu. Ancaq düşünürəm ki, bu hədəflərin hamısına çata bilməz.

- Niyə?

- Heç kim total müharibə istəmir. Dünən ABŞ Hərbi Dəniz Qüvvələrinin bir aviadaşıyıcı qrupu "təsadüfən" Fars Körfəzinə girdi. Fikrimcə, bu, ABŞ-dan çox bəlağətli bir jestdir.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...