Qonşu ölkədə daha 3 759 nəfərdə koronavirus aşkarlanıb, 36 pasiyent ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 3 759 yeni yoluxma faktı qeydə alınıb, 3 574 nəfər sağalıb, 36 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 139 343-ə çatıb. Yoluxan şəxslərin 117 560-ı sağalıb, 1 303-ü isə dünyasını dəyişib. Hazırda karantində 1 978, stasionar nəzarətdə 6 366 nəfər saxlanılır. 3 708 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə