Tramp COVID-19 peyvəndinin lisenziyası məsələsini ləngitməməyə çağırıb

Amerika Prezidenti Donald Tramp ABŞ-ın qida məhsulları və tibbi preparatların keyfiyyətinə nəzarət üzrə idarəni (FDA) koronavirusa qarşı peyvəndin istifadəsinə icazə verilməsini ləngitməməyə çağırıb.

SİA xəbər verir ki, Donald Tramp bu barədə özünün “Twitter” səhifəsində yazıb. “Moderna” kompaniyası təxirəsalınmaz vəziyyətlərdə vaksinin istifadəsinə icazə verilməsi üçün müraciət edib. FDA təcili reaksiya verməlidir!”, - deyə ABŞ Prezidenti bildirib.

Noyabrın 30-da “Moderna” kompaniyasının bu məsələ ilə bağlı FDA-ya müraciət edəcəyi gözlənilir. Bundan öncə Almaniyanın “BioNTech” kompaniyası ilə birgə vaksin hazırlayan ABŞ-ın “Pfizer” kompaniyası da quruma analoji müraciət etmişdi.

ABŞ-ın səhiyyə naziri Aleks Azar bildirib ki, “Pfizer” və “BioNTech” kompaniyalarının hazırladığı peyvəndin yoxlanılması üzrə iclas dekabrın 10-da keçiriləcək. Bundan bir neçə gün sonra isə preparatın istifadəsinə icazə verilə bilər. “Moderna” kompaniyasının işinə isə bundan bir həftə sonra baxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...