Pakistanın şimal-qərbində Pişəvər şəhəri ətrafında yüz nəfərə yaxın silahlı şəxs nəzarət-keçid məntəqəsinə hücum edib. SİA-nın "Lenta.ru"-ya istinadən verdiyi xəbərə görə, silahlıların hücumu "Təhrik-e-taliban-e-Pakistan" qruplaşmasının mayın 2-də qətlə yetirilən "Əl-Qaidə" təşkilatının lideri Usamə bin Ladenin qisasını alacaqları xəbərdarlığından sonra baş verib.
Pişəvər polis nümayəndəsi Əli Xanın sözlərinə görə, həlak olanlar arasında təhlükəsizlik xidmətinin iki əməkdaşı da var. Qalanları isə silahlılardan olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB