Liviyanın bir çox şəhərində hökumət əleyhinə nümayişlərdən sonra ölkəni tərk edənlərin sayı durmadan çoxalıb. Belə ki, ərəb KİV-lərinin dərc etdiyi xəbərə görə, məlum hadisədən sonra ölkəni tərk edənlərin sayı 900 mini ötüb. Lakin BMT-nin qaçqınlar üzrə komissarı Panos Mumçiz Liviyanın bir çox şəhərində hökumət əleyhinə nümayişlərdən sonra ölkəni tərk edənlərin sayının 750 mindən çox olduğunu deyib.
Qeyd edək ki, bu il fevralın 15-dən başlayaraq Liviyanın bir çox şəhərində hökumət əleyhinə nümayişlər başlayıb. Daha sonra nümayişçilərlə hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verib, mülki əhali arasında xeyli sayda yaralananlar və ölənlər olub.
Nəticədə BMT Təhlükəsizlik Şurası Liviyada baş verən hadisələrlə əlaqədar 26 fevral 2011-ci il tarixində 1970 saylı, 17 mart 2011-ci il tarixində isə 1973 saylı qətnamələri qəbul edib, Liviyanın hava məkanı humanitar məqsədlər istisna olmaqla, digər bütün növ uçuşlar üçün bağlı elan edilib.
Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının 17 mart 2011-ci il tarixli 1973 saylı qətnaməsinə əsasən, 19 mart tarixindən etibarən beynəlxalq koalisiya qüvvələri Liviyada əməliyyatlara başlayıb. Hazırda əməliyyatlar Tripoli, Binqazi, Zintan, Əjdəbiyyə, Breqa, Sebha, Sirte və Misurata yaxınlığında davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB