Baltik dənizində kruiz gəmisində sızma baş verib. SİA-nın "Lenta.ru"-ya istinadən verdiyi xəbərə görə, "MSC Cruises" şirkətinə məxsus gəmidə, təxminən, 2000 sərnişinin olduğu bildirilir. Hazırda İsveçin Qotland adası yaxınlığında sızma baş verən gəminin buksir vasitəsilə ölkənin paytaxtı Stokholm şəhəri yaxınlığında yerləşən Nynashamn limanına gətirilməsi planlaşdırılır.
İlkin araşdırmalar nəticəsində, hadisənin gəminin elektrik enerjisi ilə təchizatının sıradan çıxması səbəbindən baş verdiyi müəyyən edilib. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB