Ketrin Eşton: \"Suriyaya qarşı əlavə sanksiyalar tətbiq ediləcək\"

Ketrin Eşton: \"Suriyaya qarşı əlavə sanksiyalar tətbiq ediləcək\"
Suriyaya qarşı yeni islahatlar planlaşdırılır. SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə ali komissarı Ketrin Eşton deyib. Onun sözlərinə görə, yaxın müddət ərzində Suriyaya qarşı əlavə sanksiyalar tətbiq ediləcək.

Aİ rəsmisi Suriyada baş verənlərdən narahatlıq keçirdiyini bildirib: "Suriya hökuməti tutduğu yolu dəyişdirməsə və nümayişçilərə qarşı zorakılığa son verməsə, buna reaksiya olaraq yeni sanksiyalara təşəbbüs göstərəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə