Rusiyada pandemiya qurbanlarının sayı 40 minə çatır

Rusiyada son bir gündə daha 26 338 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 295 654 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 368 nəfər artaraq 39 895-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 778 704 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...