Hillari Klintondan İrana növbəti xəbərdarlıq

Hillari Klintondan İrana növbəti xəbərdarlıq

İran öz nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməli və nüvə danışıqlarına daha ciddi yanaşmalıdır. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton bəyan edib: "İran vaxt uzatma taktikasına son verməlidir. Həmçinin qəbul edilməz 10 şərtdən əl çəkməli və dünya ictimaiyyətinin problemlərini müzakirə etməyə hazır olduğunu göstərmək məsuliyyəti daşımalıdır".

ABŞ-ın Tehranın nüvə proqrammı ilə bağlı müzakirələr aparmağa hazır olduğunu deyən Hillari Klinton İran hökuməti ilə danışıqları davam etdirməyə açıq olduğunu bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə