Gürcüstanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı açıqlanıb

Gürcüstanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı açıqlanıb.

SİA xəbər verir ki, hazırda Gürcüstan xəstəxanalarında 943 ağır koronavirus xəstəsi var. Onların da 367-si süni nəfəs aparatına qoşulub. Ümumilikdə isə aktiv koronavirus xəstələrinin sayı 21063 nəfərdir.

Ağır vəziyyətdə olan xəstələrin 429-u Tbilisidədir. Süni nəfəs aparatına qoşulan xəstələrin də 181-i paytaxtdadır. Qalan ağır xəstələrin 167-si Acarıstanda, 190-nı İmereti bölgəsində, qalanları isə digər bölgələrdədir.

Qeyd edək ki, son 24 saat ərzində qonşu ölkədə 4 min 426 yeni yoluxma faktı qeydə alınıb və bununla da koronavirus xəstələrinin ümumi sayı 132 min 368-ə yüksəlib.

Bundan başqa, 54 min 464 nəfər özünü təcrid rejimindədir.

Bu günədək 110 min 49 xəstə koronavirusdan sağalıb, 1230 nəfər isə pandemiyanın qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə