Londonda polis 150-dən çox nümayişçini saxlayıb

İngiltərə polisi Londonun mərkəzində karantin məhdudiyyətlərinə qarşı keçirilən etiraz aksiyasına qatılan 155 nəfəri saxlayıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə London polisinin mətbuat xidmətindən bildiriblər. Məlumatda deyilir: "Saxlanılmalar COVID-19 pandemiyası ilə əlaqəli məhdudiyyətlərin pozulması, polis əməkdaşına hücum və narkotik maddələrin saxlanılması ilə əlaqədar olaraq həyata keçirilib. Polis əməkdaşları insanların qrup halında toplanmasının qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirib və onları evlərinə getməyə çağırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə