Türkiyə XİN iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib

Türkiyə iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib və mərhumun ailəsinə başsağlığı verib. Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Məlumatda deyilir: "Biz iranlı alim Möhsün Fəxrizadənin Tehranda silahlı hücum nəticəsində öldürülməsindən təəssüflənirik. Bu dəhşətli qətli qınayırıq və İran hökumətinə və mərhumun ailəsinə başsağlığı veririk". Türkiyə XİN bütün tərəfləri bölgədəki gərginliyin artmasına səbəb ola biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır və hücuma görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verəcəyinə ümid edir.

Bütün xəbərlər Facebook səhifəmizdə