Nigeriyada hökümət qüvvələrinin hücumu nəticəsində xeyli "Boko Haram" silahlısı öldürülüb

Nigeriyanın şimal-şərqində hökümət qüvvələrinin hava zərbələri nəticəsində onlarla "Boko Haram" silahlısı öldürülüb. SİA "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin hərbi qüvvələrinin rəsmi nümayəndəsi Con Enenş elan edib. Bildirilir ki, Borno əyalətinində həyata keçirilən əməliyyatlar zamanı sözügedən qrupun sığınacaqları və bir neçə liderləridə da məhv edilib. Nümayəndənin sözlərinə görə, hərbi əməliyyatlarda hərbi təyyarələr və helikopterlərdən istifadə edilib. Əməliyyat nəticəsində ölədürülən terrorçuların dəqiq sayə barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə