Türkiyə otellərindəki yeməkxanalar COVID-19-la əlaqədar məhdud fəaliyyət göstərəcək

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin 81 vilayətinə yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar sərəncam göndərib. SİA Türkiyə DİN-ə istinadla verdiyi xəbərə görə, Avropada sürətlə yayıldığı müşahidə olunan COVID-19 infeksiyası Türkiyədə də çox artdığı üçün ölkə boyu yeni məhdudiyyətlərin tətbiqinə qərar verilib. Qərara görə, otellər, qonaq evlərində qalan müştərilər istisma olmaqla, bu müəssisələrin restoran, kafe və bu kimi yeməkxana yerlərində kənara satış edilməyəcək. Bundan başqa, otel və qonaq evlərinin öz müştəriləri xaric, kənar müştərilərə paket-servis xidməti göstərilməyəcək, eləcə də restoranlarda musiqi xidməti müvəqqəti olaraq dayandırılacaq. Onu da qeyd edək ki, Türkiyədə COVID-19 Elmi Məsləhət Şurası hökumət və qeyri-hökumət təşkilatları, birliklər, dərnəklər və kooperativlərdə kütləvi tədbirlərin keçirilməsi zamanı sosial məsafənin qorunması mümkünsüz olduğu üçün bu cür tədbirlərin 3 ay müddətinə təxirə salınmasını tövsiyə edib. Türkiyə DİN bununla əlaqədar kütləvi tədbirlərin 01.03.2021-ə qədər təxirə salınmasına qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə