Fransada nümayişlər zamanı 37 hüquq-mühafizə orqanları əməkdaşı xəsarət alıb

Fransada qlobal təhlükəsizlik qanununa qarşı nümayişlər zamanı 37 hüquq-mühafizə orqanları əməkdaşı xəsarət alıb. SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen özünün "Twitter" səhifəsində yazıb. Nazir bildirib: "Nümayişlər zamanı 37 polis əməkdaşı və jandarm yaralanıb. Mən bir daha hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı zorakılığı qınayıram" - nazir yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə