Liviya lideri Müammər Qəddafinin qoşunlar Aralıq dənizində, Tripolinin 200 kilometr qərbindəki Misurata rayonunda NATO-ya məxsus gəmini vurub. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, alyansın gəmisi Liviyanın şəhəri olan Misuratanı atəşə tutub və Liviya ordusu onu vurmalı olub.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası martın 17-də Liviya üzərində uçuşsuz zonanın tətbiq edilməsini nəzərdə tutan və bu ölkəyə xarici hərbi müdaxilənin mümkünlüyünə imkan verən qətnamə qəbul edib. Martın 19-da başlayan koalisiya qüvvələrinin əməliyyatlarında Böyük Britaniya, Fransa, ABŞ, Kanada, Belçika, İtaliya, İspaniya, Danimarka və Norveç iştirak edir. Martın 31-də əməliyyatlara rəhbərlik tamamilə NATO-ya keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB