Liviyada vəziyyət yenə qanlıdır

Liviyada vəziyyət yenə qanlıdır
Liviyada gün keçdikcə ölənlərin sayı çoxalır. SİA-nın məlumatına görə, Tunisin cənubundakı sərhəd polis bölməsi yaxınlığında meydana gələn silahlı hücum nəticəsində 8 nəfər öldürülüb, 15-i isə ağır yaralanıb.
Liviya lideri Muammər Qəddafinin qoşunları ilə müxalifət tərəfdarları arasında silahlı qarşıdurmaların itkisi bugün məlum olub. Belə ki, rəsmi Tunis qarşıdurmalar nəticəsində 27 nəfərin Dehiba xəstəxanasına gətirildiyini bildirmişdi. Bugün isə xəstəxanaya gətirilən müxalifətçilərin 8-i ölüb, 15 nəfərin vəziyyəti ilə bağlı isə həkimlər ümid olmadığını deyib.
Qeyd edək ki, bölgə səlahiyyətliləri dünən Tunisin cənubuna 20-dən çox hava topu atəşi açıldığını diqqətə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə