Serbiyaya Kosova şərti
Avropa İttifaqı Serbiyaya şərt qoşub. SİA-nın məlumatına görə, Aİ-yə üzv olmaq istəyən Serbiyanın qarşısına Kosova ilə əlaqələrin düzəldilməsi şərti qoyulub.

Avropa Komissiyasının sözçüsü Nataşa Butler açıqlaması zamanı yayılan məlumatları təstiqləyib. Butler bildirib ki, Serbiyanın üzvlük məsələsi Kosovadan asılıdır: \"Serbiya Avropa İttifaqına üzv olmaq üçün ilk növbədə Kosovayla əlaqələrini tənzimləməlidir. Çünki düzgün qurulmuş mübahisəsiz qonşuluq əlaqələri Lahey müqaviləsinin əsas şərtlərindən biridir. İki ölkə qarşılıqlı olaraq bir-birini tanımasa üzvlükdən söhbət gedə bilməz\".

Qeyd edək ki, Lissabon müqaviləsinin şərtlərinə görə, Aİ-yə üzv olmaq istəyən ölkə ittifaqa daxil olan digər ölkələr tərəfindən tanınmalıdır. Lakin, Aİ üzvü olan bir sıra ölkə Kosovanın müstəqilliyini tanımır.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB