\"Əl Qaidə\" üzvlərinin sayı getdikcə azalır

\"Əl Qaidə\" üzvlərinin sayı getdikcə azalır
Pakistanda\"Əl Qaidə\" üzvü ələ keçirilib. SİA-nın məlumatına görə, Yəmən vətəndaşı olan nümayəndənin terror təşkilatının komandiri olduğu bildirilib. Mövzu ilə bağlı Pakistan ordusu \"Təşkilatın önəmli komandiri ələ keçirilib\" adlı məlumat yayıblar.

Məlumatda komandirin \"Əl Qaidə\" təşkilatındakı önəmini aydınlaşdıran ifadələrə yer verilib: \"Əbu Sohaib Əl Makki adı ilə tanınan, Məhəmməd Əli Qasım Yaqub adlı komandir Pakistanda bir əməliyyat nəticəsində ələ keçirilib. Dünyada ən çox axtarılan \"Əl Qaidə\" üzvlərinin siyahısında adı olmayan komandir təşkilatın əhəmiyyətli və aktiv nümayəndəsi olub\".

Qeyd edək ki, Məhəmməd Əli Qasım Yaqub Pakistanda "Əl Qaidə" liderlərinin əmrlərini yerinə yetirirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə