Ermənistanda zəlzələ olub.
SİA xəbər verir ki, Vardenis şəhərində 3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Mühafizə Xidməti Sotk kəndindən 7 kilometr şimalda 4 bal gücündə daha bir zəlzələnin baş verdiyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistanla Gürcüstan sərhəd zonasında 2,4 bal gücündə zəlzələ olduğu bildirilmişdi. Zəlzələ Gürcüstanın Dmanisi şəhərindən 16 km cənub-qərbdə qeydə alınmışdı.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə