Almaniyada koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

Almaniyada son sutkada 22 806 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyinə bağlı Robert Kox İnstitutu açıqlayıb. Məlumata görə, eyni dövr ərzində Qərbi Avropa ölkəsində 426 nəfərə virusun qurbanı olub. Beləliklə, Almaniyada indiyədək 1 006 394 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 15 586 nəfər ölüb.

Qeyd edək ki, Almaniyada karantin rejimi noyabrın 2-dən qüvvədədir, əvvəlcə dekabr ayına qədər davam edəcəyi planlaşdırılsa da, infeksiyanın yayılma dinamikası istənilən səviyyəyə enmədi. İndi ölkədə restoran, bar və digər qastronomik müəssisələr bağlanır, yemək və içkilərin yalnız sifarişlə satılmasına icazə verilir. Fitnes klubları, döymə salonları, üzgüçülük hovuzları, gözəllik və masaj studiyaları, teatrlar, kinoteatrlar və konsert salonları fəaliyyətini dayandırıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə