Dünyada koronavirusa yoluxanların sayı daha 577 min nəfər artdı

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 577 mindən çox artıb. SİA-nın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 577 198 nəfər yeni koronavirusa yoluxub, 11 263 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 60 074 174, ölənlərin isə 1 416 292 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...