Ermənistanda hərbi hissənin ərazisi xaricində Rusiya hərbçisinin meyiti tapılıb

Ermənistanda hərbi hissənin ərazisi xaricində müqavilə ilə xidmət edən Rusiya hərbçisinin meyiti tapılıb.

SİA-nın məlumatına görə, bu barədə "TASS" agentliyinə Cənub Hərbi Dairənin mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, Rusiya Cənub Hərbi Dairənin hərbi bazasının komandanlıq komissiyası Ermənistandakı hüquq-mühafizə orqanları ilə birlikdə müqavilə ilə xidmət edən hərbi qulluqçunun ölümü ilə bağlı araşdırma aparır: "Hərbçinin cəsədi xidmət yoldaşı tərəfindən hərbi hissənin ərazisi xaricində, yaşayış yerində aşkarlanıb. Əsgərin cəsədində zorakılıq əlamətləri tapılmayıb".

Qeyd edilir ki, hazırda hadisənin başvermə şəraiti müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə