Rumıniyada koronavirusa yoluxanların sayı 440,3 min nəfəri ötüb

Rumıniyada koronavirusa yoluxanların sayı 440,3 min nəfəri ötüb

Rumıniyada koronavirusa yoluxanların sayı 440 min 344 nəfərə çatıb.

SİA Rumıniya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 9 min 739 yeni yoluxma faktı qeydə alınıb. Koronavirusdan ölənlərin sayı 10 min 541-ə çatıb. 313 min 885 nəfər sağalıb.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə