Rusiyada bir gündə 507 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 23 675 nəfərə COVID-19 diaqnozu qoyulub. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 2 162 503 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 507 nəfər artaraq 37 538-ə yüksəlib. Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 1 660 419 nəfər sağalıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə