Latviyanın Baş naziri ölkəsini COVID-19-la bağlı məhdudiyyətləri gücləndirməyə çağırıb

Hər baxımdan ölkədə vəziyyət getdikcə daha da pisləşir. Xəstəxanalar həddindən artıq yüklənib, xəstələrin sayı artmaqdadır, bu da xəstəxanaların planlı əməliyyatları təxirə salmaqla işlərini yenidən qurmalarının lazım olduğunu göstərir.

SİA Latviya mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Krişyanis Karinş ölkəsində COVID-19 pandemiyasının yayılma sürətinin azaldılması məqsədilə tətbiq edilmiş məhdudiyyətlərin gücləndirilməsinin dair koalisiyanın iclasından sonra belə söyləyib.

Baş nazir Krişyanis Karinş koronavirusa yoluxma sayında artımın iqtisadiyyatın xeyrinə olmadığını da əlavə edib. O hesab edir ki, heç bir tədbir görülməzsə, bu acınacaqlı vəziyyət xəstəxanalardan başlayaraq bütün ölkəni bürüyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...