Qaziantəpdə keçirdiyi beyin qanaması nəticəsində 11 gün reanimasiyada qaldıqdan sonra beyin ölümü keçirən 44 yaşlı 2 uşaq atası Hayrı Yıldırımın orqanları 5 adama həyat verəcək. SİA-nın xəbərinə görə, Kahramanmaraşda yaşayan və keçirdiyi beyin qanaması nəticəsində Qaziantep Xüsusi Həyat Xəstəxanasında reanimasiyaya yerləşdirilən Hayrı İldırımın 11 gün sonra beyin ölümü keçirib. Bunun üzərinə İldırımın ailəsi onun orqanlarını bağışladığını xəstəxana rəhbərliyinə çatdırıb. Xəstəxana rəhbərliyi də Orqan Koordinasiya Mərkəzi ilə əlaqəyə keçərək bağışlanan orqanlarla əlaqədar işlərə başlayıb.
Ankaradan gələn qrup tərəfindən orqanları alınan Hayrı İldırımın ürəyi, daha əvvəl ürək qapağı dəyişdirilən 42 yaşındakı Həsən Qayaya nəql edilmək üçün Sağlamlıq Nazirliyi tərəfindən ayrılan təcili yardım təyyarələri gecə 24:00 radələrində Ankara Paytaxt Universiteti Xəstəxanasına aparılıb. İldırımın qaraciyəri Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasına, böyrəkləri isə Adana Paytaxt Universiteti Xəstəxanasında orqan gözləyən, ancaq adları açıqlanmayan xəstələrə nəql edilmək üçün aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB