Keçmiş hakim Paşinyana qarşı - Konstitusiya quruluşunu pozub

Ermənistan Konstitusiya Məhkəməsinin keçmiş hakimi Kim Balayan hökumət binası qarşısında aclıq aksiyası keçirir. SİA xəbər verir ki, o, baş nazir Nikol Paşinyanın məhkəməyə verilməsini tələb edir.

K.Balayan bildirir ki, Paşinyan üçtərəfli bəyanatı imzalayaraq konstitusiya quruluşunu pozub.

Onun iddiaları konstitusiya quruluşunun pozulması faktı ilə bağlı hələ cinayət işi açmayan baş prokuror Artur Davtyan və xüsusi istintaq xidmətinin rəhbəri Sasun Xaçatryana da ünvanlanır. Keçmiş hakim bu məmurların səssizliyə qərq olduğunu və bununla da cinayətdə ortaq olduqlarını bildirir.

K.Balayan tələbləri yerinə yetirilənə qədər hökumət binasının qarşısında oturacağını deyir. Əks təqdirdə, "canını verən 5000 əsgərə qoşulacaq".

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Kim Balayan 1 gün əvvəl vəzifəsindən azad edilmiş müdafiə nazirinin keçmiş müavini Qabriel Balayanın atasıdır. İkinci oğlu Tiqran Balayan Ermənistanın Niderlanddakı səfiri vəzifəsini tutur, üçüncü oğlu David Balayan isə hakim işləyir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə