Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb

Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötüb.

SİA-nın məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 59 128 645 nəfərə çatıb. Onlardan 1 395 658 nəfəri ölüb, 37 849 172 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (12 414 292), Hindistanda (9 139 865 ) və Braziliyada (6 087 608) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə