İngiltərə kraliçasının 100 illik tarixi səfəri

İngiltərə kraliçasının 100 illik tarixi səfəri

İngiltərə kraliçası tarixi səfər edib. SİA-nın xəbərinə görə, İngiltərə kraliçası II Yelizaveta müstəqilliyini qazandıqdan yüz il sonra İrlandiyaya səfər etmək qərarına gəlib.

4 günlük səfər çərçivəsində kraliça İrlandiya prezidenti Meri Makalasseylə görüşəcək, bəzi şəhərləri, həmçinin, İrlandiyanın müstəqilliyi uğrunda ölənlərin xatirəsini daşıyan Xatirə Parkıni ziyarət edəcək. Səfər iki ölkə arasındakı əlaqələrin normallaşdırılması baxımından önəmli addım kimi dəyərləndirilir.

Kraliça II Yelizavetanın səfəri zamanı keçirilə biləcək etiraz aksiyalarına qarşı ciddi təhlükəsizlik tədbirləri görülüb. 4 min polisin cəlb edildiyi təhlükəsizlik tədbirləri nəticəsində ərazi 24 saat polis mühafizəsinə alınıb.

Qeyd edək ki, son dəfə 1911-ci ildə Kral V Corc tərəfindən Birləşmiş Krallığın bir hissəsi olduğu zaman ziyarət edilən İrlandiya 90 il öncə müstəqilliyini qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə