Avstraliya ordusunun 9 hərbçisi intihar edib

Son 3 həftədə Avstraliyanın 9 hərbçisi intihar edib. SİA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın “Daily Mail” qəzeti yazıb. Məqalədə bildirilib ki, özünəqəsd hadisələri Avstraliya hərbçilərinin Əfqanıstanda qətllərdə iştirakını təsdiqləyən hesabatın yayılmasından sonra baş verib. İntihar edən hərbçilərdən səkkizi kişi, biri qadındır. Bu, Avstraliyanın hərb tarixində ilk hadisə sayılır. Qeyd edək ki, bir müddət əvvəl Avstraliya hərbçilərinin Əfqanıstandakı fəaliyyətinə dair hesabat dərc olunub. Sənədə əsasən, 2005-2016-cı illərdə Avstraliyanın xüsusi təyinatlıları tərəfindən 39 qətl törədilib. Qurbanlar arasında mülki vətəndaşlarla yanaşı, yerli əsgərlər də var. Ekspertlər hesabatı 400-dən çox şahid ifadəsinə, 20 mindən artıq sənədə və 25 mindən çox fotoya əsasən hazırlayıblar.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə