Türkiyədə vətəndaşlar COVID-19-a qarşı pulsuz peyvənd olunacaq

Türkiyə hökuməti ölkə vətəndaşlarını yeni növ koronavirusa qarşı pulsuz peyvənd etdirmək niyyətindədir. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. “Çinin peyvənd istehsalçısı olan “Sinovac” şirkəti ilə danışıqlar tamamlanıb, lazımi bütün qanuni proses həyata keçirilib, imzalar atılıb. Peyvənd vurulmasına başlanılması üçün azı 10 milyon doza peyvənd artıq Türkiyəyə göndərilib. Vaksinasiya tamamilə ödənişsiz olacaq”, - “Hurriyet” qəzeti nazirdən sitat gətirib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...