Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı Saşik Sarkisyan "Qraparak" qəzetinin əməkdaşı Marina Xaratyana hücum çəkib. SİA-nın "Armenia Today"ə istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentinin deputatı olan Saşik jurnalistin növbəti parlament seçkisinə qatılıb-qatılmayacağı haqda sualından qəzəblənib. Diktafonu mədəniyyətsiz ifadələr işlədərək xanım jurnalistin əlindən alan Sarkisyan onun düymələrini bir-birinin ardınca basıb, sonda diktafonu söndürməyə nail olduqdan sonra deyib: "Sən kimsən ki, mənə sual verirsən?"
Jurnalist deputatlara sual verməyin qadağan olunmadığını Sarkisyana izah etməyə çalışıb. Lakin Sarkisyanın qardaşı xanım jurnalisti təhqir edib. Ürəyi soyumayan Saşik Sarkisyan "Söyüşün biri köpük"deyiminə sadiq qalıb. Gözünü yumub ağızını açıb. Daha sonra o, media təmsilçisinə hücum da çəkib. Lakin hadisənin şahidlərindən biri Sarkisyanın qarşısını kəsə bilib. Serjində eyni qandan olmasını nəzərə alsaq, böyük qardaşda mədəniyyət baxımından ondan geri qalan deyil. Lakin Serj sakit insana oxşayır. Yəqin oxşarlıq və fərq məsələsini onların valideynlərindən dəqiqləşdirmək düzgün olardı.Bəlkə Sarkisyanların anasının ürəyində saxladığı gizli "Wikileaks" məlumatları çoxdur. Bunu da yalnız Allah bilir. Odur ki, media azadlığından dəm vuran Sarkisyan hakimiyyəti əsl simasını göstərir. Yəqin Dünya Miyatoviçin bundan xəbəri olar. Çünki onlar azad media axatrışındadırlar və jurnalistlərin təhqir və təhdid olunmasının əleyhinədirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB