Efiopiya hökuməti Tiqra əyalətindəki üsyançılara təslim olmaq üçün 72 saat vaxt verib

Efiopiya hökuməti Tiqra əyalətindəki üsyançılara təslim olmaq üçün 72 saat vaxt verib

Efiopiya hökuməti Tiqra əyalətindəki üsyançıların rəhbərliyinə və dəstələrinə silahlarını yerə qoymağı və federal qüvvələrə müqavimət göstərmələrinin dayandırmaları üçün 72 saat vaxt verdi.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Efiopiyanın Baş naziri Abiy Əhməd bildirib.

"Tiqradakı əməliyyatın üçüncü və son mərhələsi başlayır. "Hökümət "Tiqra Azadlığı Xalq Cəbhəsi"nin liderlərini və döyüşçülərini dinc şəkildə təslim olmağa çağırır" - hökumət portalında yayımlanan Efiopiya əyalətinin əhalisinə edilən müraciətdə deyilir. Abiy Əhməd "bunun son fürsət" olduğunu vurğulayıb. Ayrıca olaraq Tigra əyalətinin paytaxtı Mekele şəhərinin əhalisi üsyançıların rəhbərliyini həbs etməyə və üzvlərini ədalətə təhvil verməyə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə