Bayden gələcək administrasiyasındakı əsas təyinatlarını 24 noyabrda elan edəcək

Bayden gələcək administrasiyasındakı əsas təyinatlarını 24 noyabrda elan edəcək

Cozef Bayden gələcək rəhbərliyindəki əsas təyinatlarını 24 noyabrda elan edəcək.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Baydenin Ağ Ev aparatının rəhbəri təyin etdiyi Ron Klayn açıqlayıb.

"Əgər konkret şöbələrə kimin rəhbərlik edəcəyini bilmək istəyirsinizsə, seçilmiş prezidentin noyabrın 24-ə onların adlarınınverəcəyini gözləməlisiniz" - Klayn deyib.

Yeni aparat rəhbərindən demokratlar liderinin keçid komandasının administrasiyanın ümumi işlər idarəsini Baydenin ABŞ-dakı qələbəsini qəbul etməsinə məcbur etmək üçün hansı təsir gücünə sahib olduğu soruşularkın bildirib: "İşlərin qəbulu prosesinin yalnız bir hissəsinə nəzarət edirik. Ağ Ev və Kabinetin işçilərini seçirik, siyasi kursun formalaşdırılması üçün planlar hazırlayırıq, yüksək səviyyəli görüşlər keçiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə